Nazirlik: "İcbari sığorta haqları artırılmayacaq"

02.07.2015 13:40     Ecoreaksiya     1993

“Xüsüsi radarlar quraşdırılmayacaq”.

Regionlar üzrə yetişdirilən aqrar məhsulların məruz qaldığı müxtəlif risklər qiymətləndirilməlidi. Bunun əsasında sığorta tarifləri müəyyənləşdirilməli, eyni zamanda, aqrar  sığorta sahəsində  dəyən zərəri qiymətləndirən ekspertlər hazırlanmalıdı. Təkcə qanun layihəsinin hazırlanmasından söhbət getmir.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Sığorta Nəzarət Xidmətinin rəis müavini Namiq Xəlilov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan texniki yardımın ayrılması məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə danışıqlar aparılır:

“Azərbaycana texniki yardımın göstərilməsi məqsədilə, artıq Maliyyə Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında danışıqlar gedir”.

Xidmət rəsisi həmçinin əlavə edib ki, avtomobilin sığortalı və sığortasız olduğunu müəyyən etmək xüsusi radarlar quraşdırılması nəzərdə tutulmayıb.

“Xüsüsi radarlar quraşdırılmayacaq. Bu gün artıq Dövlət Yol Polisinin şəhərlərarası magistral yollarında texniki vasitələri var. Bu texniki vasitələrlə onlar avtomobilin nömrəsini oxumaqla, onula bağlı məlumatlatı əldə edə bilir. İlin sonuna kimi həmin texniki vasitələr İcbari Sığorta Bürosunun (İSB) məlumat bazası ilə də inteqrasiya olunacaq və digər imkanlara həm ordan keçən radara düşən avtomobilin sığortalı olub olmaması müəyyən ediləcək”.

Xidmət rəsinin sözlərinə görə, müəyyən texniki məsələlər həll olunandan sonra bu məsələ reallaşacaq.

N.Xəlilov həmçinin əlavə edib ki, bu gün icbari sığorta haqqlarının artırılması üçün iqtisadi əsas yoxdur.

“Bu məsələyə o vaxt baxıla bilər ki, bu məsələ sığortaçı üçün zərərli hesab olunsun”-deyə, Xəlilov əlavə edib.

Xidmət rəsisi qeyd edib ki, bu gün sığorta şirkəti üçün problem zərərlərdə deyil, işin aparılması xərclərinin yüksək olmasındadır.

“Bu gün sığorta şirkətləri o barədə düşünməlidirlər ki, iş prinsiplərini təkmilləşdirərək, informasiya texnologiyalarından geniş istifadə ilə özlərinin bu işin aparılması xərclərini aşağı salsınlar”.

Şərhlər