İlqar Altay: "Bakı-Tiflis-Qars dəmiryolu müstəqil Azərbaycanın ən uğurlu layihələrindəndir"
31.05.2015 14:28 Ecoreaksiya 928
"Bu ilin payızında Bakı-Tiflis-Qars dəmiryolu layihəsi ilə bağlı həyata keçirilən bütün işlər sona çatacaq. Biz payız aylarında istismara veriləcək bu dəmir yolunun açılışına hazırlaşırıq”.
Bunu Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze deyib. Bəs maraqlıdır, Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi ilə regionda nələr dəyişəcək? Bu sualı cavablandıran İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil tədqiqatçı İlqar Altay hesab edir ki, Bakı-Tiflis-Qars dəmiryolu müstəqil Azərbaycanın ən uğurlu layihələrindəndir. Ekspert bildirib ki, bu Azərbaycanın xarici qonşuluq siyasətinin uğurudur: “Bu layihənin çox böyük iqtisadi tərəfi var. Azərbaycan təbii ehtiyatlarının Türkiyə və Avropaya çıxışı və digər vacib yük və sərnişindaşınma sahəsində olduğu qədər də, geosiyasi baxımdan da əhəmiyyətlidir. Layihənin ictimai və milli-mənəvi əhəmiyyəti də misilsizdir. Bu yol Azərbaycanın qonşu Gürcüstan, qardaş Türkiyə və oradan da, həm Yaxın Şərq, həm Avropaya daha real, hərtərəfli təmas yoludur. Bu yol həm də Orta Asiya ilə Qərb arasında ən mühüm tranzit damarı rolunu oynaya bilər. Azərbaycanın Qərblə Şərq arasında vacib keçid qapısı statusunu möhkəmləndirə bilər. Adı çəkilən layihə bizə qarşı düşmən mövqeyində olan işğalçı Ermənistanı kənarda qoymaqla, Azərbaycanın regionda sayılıb seçilən, mühüm dövlət olması amilini də sübut edir”.
Şərhlər