Maşın açarları tarix olur - Maşınlar telefon proqramı ilə işə düşəcək.

22.02.2016 16:30     Ecoreaksiya     3353

İsveçrənin Volvo avtomobil şirkəti istehsal etdiyi avtomobillərdə yenilik etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, 2017-ci ildən etibarən Volvo avtomobillərində açarlardan istifadəyə son verilir. Bunun yerini yeni rəqəmsal açarlar tutacaq ki, avtomobil şirkəti buna müasir telefonlara tətbiq edilən bir proqram vasitəsi ilə nail olacaq.  

Volvo avtomobil sahibləri yeni texnologiya sayəsində  öz avtomobilinə yaxınlaşaraq onun mühərrikini işə sala biləcək.

Volvonun yeni rəqəmsal texnologiyasının təqdimatını Mobil Dünya Konqresində həyata keçirəcəyi gözlənilir. iOS və Android sistemi üçün hazırlanan bu proqram hələlik Windows Phone sisteminə tətbiq edilmir.

Daha bir yenilik isə şirkətin 2017-ci ildən özünü idarə edən Volvo avtomobili istehsal etməyi planlaşdırmasıdır. Bu avtomobillər "ağıllı" elektronika ilə tam təchiz edilmiş olacaqlar. İstehsalçı bu elektronikanı təyyarələrdə quraşdırılmış elektronika ilə müqayisə edir və avtomobillərin çox çətin anlarda belə hərəkət planına malik olacağını qeyd edirlər.

Volvo avtomobil modeli
Volvo avtomobil modeli

Volvo avtomobillərinə quraşdırılmış "Drive Me" sistemi bulud texnologiyasıüzərində işləyən mərkəzə bağlıdır. Bu, o deməkdir ki, həmin texnologiyalı avtomobillərin datçik, kamera, akselerometrləri, hiroskopları, GPS-modulları hamısı vahid mərkəzə məlumat ötürəcək və digər avtomobil qarşıdakı yolda vəziyyətin necə olacağını bununla biləcək.

 

Şərhlər

Çox oxunanlar