Sabah Azərbaycana duman çökəcək

25.02.2016 13:43     Ecoreaksiya     1271

Şimal küləyi əsəcək.

 

Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskinli, bəzi şərq rayonlarında isə yağıntılı olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

Şərhlər

Çox oxunanlar