Kaladze: Gürcüstanla “Qazprom” arasında razılıq əldə edilib
05.03.2016 22:41 Ecoreaksiya 1188

Gürcüstan Rusiyanın “Qazprom” şirkəti ilə razılığa gəlib.
“Qruziya Online” saytının yaydığı məlumata görə, bunu Gürcüstan energetika naziri Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, “Qazprom” Rusiya qazının Ermənistana tranzitinə görə əvvəlki şərtlərin ilin sonunadək qüvvədə qalmasına dair Gürcüstanın təklifinə müsbət cavab verib.
Razılığa əsasən, Ermənistana Rusiya qazının tranzitinə görə Gürcüstan əvvəlki kimi 10% qaz əldə edəcək.
“Razılıq əldə edilib, qalıb imzalanmağı. Əvvəlki müqavilələr çərçivəsində qalmaqda davam edirik. Gələn ilə gəldikdə isə gözləyək, 2017-ci ildə mövqeyimiz daha möhkəm olacaq"
oxu.az
Şərhlər