Tibbi sığorta müqaviləsi ilə bağlı - YENİLİK

05.07.2015 11:57     Ecoreaksiya     2196

Azərbaycan Respublikası Nazirlər Kabineti “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”nda dəyişikliklər edib.

Lent.az-ın məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərarla qaydalara aşağıdakı dəyişiklik və əlavə edilib:

1. 5-ci hissənin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Tibbi sığorta təşkilatı icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan sığortalıyla icbari tibbi sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.”.

2. 6-cı hissəyə “sığortalıyla” sözündən sonra “könüllü tibbi” sözləri əlavə edilsin.

Şərhlər