Boris Tadiç - “Serbiyanın Cənubi Qaz Dəhlizinə qoşulmasını istərdim”

10.03.2016 16:25     Ecoreaksiya     1414

"Azərbaycanla Serbiya arasında çoxlu oxşarlıqlar var. Bizim spesifik geostrateji mövqeyimiz də çox oxşardır. Bəzən qaynar, bəzən isə bir qədər həssasdır"

 
Reaksiya.info Gün.Az-a istinadən xəbər verir ki, bunu Serbiyanın sabiq prezidenti Boris Tadiç jurnalistlərə deyib.
 
Onun sözlərinə görə, eyni zamanda Azərbaycan neft və qaz, enerji sahəsində güclü şəkildə vacib rol oynayır:
 
“Qafqaz həm də neft və qazın bütün Avropa İttifaqı ölkələrinə daşınmasında dəhliz rolunu oynayır. Biz Azərbaycanla ötən il strateji tərəfdaşlığa dair sənəd imzalamışıq.
 
Biz Kosova və Dağlıq Qarabağ məsələsində bəzi oxşar çətinliklərlə üzləşmişik. Mən öz dövrümdə Azərbaycanla daha yaxşı iqtisadi münasibətlər qurmağa çalışmışdım.
 
Bizim indi yeni hökumət və yeni prezidentimiz var və çox yaxşı şəkildə mənim dövrümdə başladığım işi davam etdirir. 
 
Lakin mən digər imkanların olduğunu da görürəm. Azərbaycanın bəzi tikinti şirkətləri mənim ölkəmdə işləyir. Amma bizim enerji sahəsində də əməkdaşlıq üçün böyük potensilımızı var. Mən Serbiyanın Cənubi Qaz Dəhlizinə qoşulmasını istərdim. Biz bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə də danışdıq”.

Şərhlər

Çox oxunanlar