Nazirdən həmkarına maraqlı hədiyyə

01.06.2015 11:43     Ecoreaksiya     1173

Almaniya Maliyyə Naziri Volfqanq Şaeuble yunan həmkarı Yanis Varoufakisə əsəblərini sakitləşdirmək üçün şokoladdan hazırlanmış pul hədiyyə edəcək!

Reutersin xəbərinə görə, Alman kanalı ZDF'də yayınlanan bir uşaq proqramına qonaq olan Şaeuble balaca jurnalist tərəfindən ona verilən qəpik kimi görünən, avro formasındaki şokoladları aldıqdan sonra, "yunan həmkarıma da bir az hədiyyə edəcəyəm, onun da əsəbləri sakitləşməlidir" - deyib.

Qeyd edək ki, Yunanıstanın daha çox məsuliyyətli olmasını istəyən Şaeuble və iqtisadi reformlardan əl çəkib yeni həll variantlarının tapılmasını istəyən Varoufakis bu ilin yanvar ayında Syrizanın iqtidara gəlişindən sonra tez – tez qarşı-qarşıya dayanıblar.

BVF-yə ödəməli olduğu borcların son ödəmə tarixləri yaxınlaşan Afina bu həftə içində bank sektoru ilə təkrar görüşəcək. Ancaq dörd aydır davam edən müzakirələrə baxmayaraq, məsələnin həlli prosesi uzanır. Razılaşmanın əldə edilməməsi halında Afinada böhran dərinləşəcəyi və Avrozonadaki gələcəyi gözlənilir.

Şərhlər

Çox oxunanlar