İran danışıqlarına uzatmaları kimin üçündür? - TƏHLİL

06.07.2015 15:49     Ecoreaksiya     3068

Prof. Dr. Sema Kalaycıoğlu

 

P5 + 1 və İran arasındakı nüvə müzakirələrin sonuncu tarixi yenə uzadılıb. Əslində dünya bu ilan hekayələrindən bezib. Onun üçün də bu uzatmalar heç kimin vecinə deyil. Amma nəticələri əhəmiyyətli olan bir razılaşma üçün bir həftə də gözləməyə dəyər. Yetər ki, razılıq əldə olunsun. Birdən olmadı? İşlər yenə əvvəlki kimi davam edəcək. Təbii əsl çətinliyi çəkən İran xalqı olduğuna görə, dünyanın nə vecinə? Amma məsələ geniş İran körfəzi ərazisinə bir an əvvəl girməyi xəyal edən və bundan mədət uman qərbli iş adamları üçün də olduqca əhəmiyyətlidir. Bu məsələnin özü də razılaşmanı dəstəkləyəcək faktorlardan biridir.

Zərif bir açıqlama

İran xarici işlər naziri Cavad Zərif, verilən əlavə müddətin İran üçün deyil, P5 + 1 in Qərb qanadı üçün olduğunu, İranın bütün kartları masaya onsuz da qoyduğunu açıqlayıb. İlk etapda bu şərhdə məqbul bir tərəf olduğunu düşünmək səhv olmaz. Əgər İrana qarşı tətbiq olunan sanksiyalar bir həftə sonra alınacaq qərar qaldırılacaqsa, bunun dünya iqtisadiyyatı üzərində əhəmiyyətli bir təsir yaratması qaçınılmaz. İlk təsiri hərhalda vədəsiz və müddətli təbii qaz və neft qiymətləri üzərində görəcəyik. Bir qiymət düşmə zəncirinin müsbət təsirləri danılmazdır. Amma bu neft və təbii qaz bazarlarında fəaliyyət göstərən nəhəng şirkətlər üçün mənfəətdən ziyana keçid olacaqsa və ən əhəmiyyətlisi digər təbii qaz və neft istehsalçısı ölkələrinı də təsir edəcəksə əldə olunacaq bir razılaşmanın qarşısında kimlərin maneə təşkil etdiyini anlamaq da elə çətin olmaz.

Əmtəə bazarında canlanma da hərəkət gözlənilməlidir. Məsələn Cənubi Afrika, İranın pulunu ödədiyi 4.2 milyard dollarlıq qızıl ixracına başlayıb artıq. Bu da müsbət bir inkişafdır. Demək ki, sanksiyalar indidən effektiv olaraq yüksəlməyə başlayıb. Bu da özlüyündə BRİCS – in bir araya gəlişindən əvvəl atılacaq bir addımdır.

Bəs sanksiyalar aradan necə qaldırılacaq? Bunlar bank və birja əməliyyatları kanalı ilə valyuta bazarlarına necə təsir edəcək? Bu sualların hər birisi ayrıca bir müzakirə mövzusudur. SWIFT və transfertlər rahatlaması qədər, İranın dondurulmuş aktivlərinin istifadəyə hazır hala gətirilməsi, payızdan sonra planlaşdırılan FED sərtləşdirilmələrinə qarşı, daralması gözlənilən dünya bazarlarına dirilik suyu kimi təsir edə bilər. Bunu da unutmamalıyıq. Bu məsələdə, İran sanksiyalarının qaldırılmasını bir çox yeni sənayeləşən ölkə də istəməlidir, dardaki, dar boğazdakı Yunanıstan da.

P5 + 1 in Keçirdiyi Metamorfoz

Bu arada bizim bildiyimiz P5 + 1 qrupu öz içindəki prioritet və mənafe fərqliliklərini əks etdirəcək şəkildə həmrəylik nümayiş etdirə bilmirlər. Özlərinə E3 + 3 deməyə başlayıblar. E3 bərabərdir Almaniya, Fransa və İngiltərə. Ayrı tutulan 3 ölkə isə ABŞ, Rusiya və Çin. Təbii ki, ABŞ -ın digər 2 - si ilə ortaq məxrəcə gəlməyi mümkün deyil. Yenə də onlar aralarındakı fərqlər üzərində bir araya biləcəklərsə, işlər asanlaşacaq. E3 isə İran ilə razılaşmaqdan ən çox faydalanacaq qrupdur. Necə ki, hamısı İrana investisiya xəyalları ilə sərhəd keçid məntəqələrində gözləyir. Bir fransız xüsusi şirkət, İran ilə dəmiryolu stansiyaları inşa etmək və tarixi toxumanı pozmadan bərpa etmək üçün ön razılaşma da imzalanıb artıq.

Ruhani Liderin mövqeyi necə olmalıdır?

Bütün bu incə hesablar Nüvə nəzarətçiləri Beynəlxalq Atom Enerjisi Təşkilatı (IAA) İranın uzlaşma və əməkdaşlığa hazır olduğu şərhlərini verir. Buna cavab olaraq, Ruhani lider Xameneyi, Vyana, Natanz, Buşəhr və xüsusilə Tehran üzərində sanki "Qum" fırtınaları əsdirməyə davam edir. Bunun əlavə mənfiliklərini İran yaşamasa, Qum şəhərindən alacağı ruhani dəstək və ilhamla texniki detallarda və İranın gələcəyi ilə bağlı planlarında daha sağlam fikirlər yarada bilər.

İran qlobal iqtisadiyyata, texnologiyaya, qlobal mədəniyyətə və sənətə yenidən və sürətlə inteqrasiya olmalıdır. Artıq İran xalqı çətinlik çəkməməlidir. İran ilə əməkdaşlıq İran üçün də, dünya üçün də, Yaxın Şərq üçün də yaxşı olar. Təbii heç bir təhdidin yaradılmaması şərti ilə. Ümidlər 7 və ya 9 iyula qalıb. Təki ümidlər ölməsin!

Şərhlər