Azərbaycanda avro bahalaşdı
09.07.2015 12:00 Ecoreaksiya 2128
Avro bu gün son üç gündə ilk dəfə 0,0076 manat və ya 0,48% bahalaşaraq 1,1615 manat olub.
Reaksiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, bivalyuta səbətinə daxil olan avronun məzənnəsi son üç gündə (iyulun 6,7,8) müvafiq olaraq, 1,1577 manat, 1,1575 manat, 1,1539 manat təşkil etmişdi.
Qeyd edək ki, Azərbaycanda avronun bahalaşması Almaniyanın baş naziriAngela Merkelin çərşənbə günü açıqlamasında Yunanıstana hökumətin islahatlar proqramını təklif etməsi üçün bazar gününə qədər vaxt verməsi ilə əlaqədar ola bilər.
Şərhlər