Azərbaycanda xarici valyuta ilə olan kreditlər bahalaşdı
09.07.2015 12:20 Ecoreaksiya 2111
Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci il iyunun 1-nə, kreditlər üzrə orta faiz dərəcələri ilə bağlı məlumat yayıb.
Reaksiya.Az AMB-yə istinadən xəbər verir ki, son bir ayda xarici valyuta ilə kreditlərin bahalaşması müşahidə olunsa da, manatla olan kreditlər üzrə isə ucuzlaşma müşahidə olunub.
Belə ki, bank bildirir ki, son bir ayda xarici valyuta ilə olan kreditlərin orta faiz dərəcəsi 8,31%-dən 8,38%-ə qalxıb. Manatla olan kreditlərin orta faiz dərəcəsi isə 8,82%-dən 8,81%-ə düşüb.
Bundan əlavə, mayda fiziki şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi manatla 9,66%, xarici valyuta üzrə isə 9,50% olub.
Hüquqi şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi isə manatla 5,95%, xarici valyuta ilə isə 4,03% təşkil edib.
Qeyd edək ki, 2015-ci ilin iyunun 1-nə olan rəqəmlərin eyni ilin martın 1-ə olan göstəricilələ müqayisəsi zamanı aydın olur ki, manatın devalvasiyasından (21 fevral) sonra həm manat, həm da xarici valyuta ilə olan kreditlər üzrə faiz dərəcələri aşağı düşüb.
Belə ki, manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 8,95%-dən 8,81%-ə düşüb. Xarici valyutada olan kreditlər üzrə orta faiz dərəcəsi son dörd ayda 8,73%-dən 8,38%-ə qədər azalıb.
Şərhlər