Türkiyə İranda 7 elektrik stansiyası tikəcək

05.06.2016 15:27     Ecoreaksiya     1316

Türkiyənin “Unit International” enerji şirkəti İranın Energetika Nazirliyi ilə əldə etdiyi razılaşmaya əsasən İslam Respublikası ərazisində ümumi dəyəri 4,2 mlrd dollar olan 7 qaz elektrik stansiyası inşa edəcək.  
 
Reaksiya.info APA-ya istinadla xəbər verir ki, ümumi gücü 6,020 MBt təşkil edəcək elektrik stansiyaları İranın yeddi bölgəsində inşa olunacaq.
 
Saziş iyunun 1-də Tehranda imzalanıb.  
 
“Unit International” enerji şirkətinin rəhbəri Unal Aysal bildirib ki, inşa olunacaq elektrik stansiyaları İranın elektrik enerjiyə olan tələbatının 10 faizini ödəyəcək.
 
Stansiyaların inşasına 2017-ci ilin birinci rübündə başlanılması planlaşdırılır.  

Şərhlər

Çox oxunanlar