Neft 52 dolları ötdü
08.06.2016 17:11 Ecoreaksiya 1444
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 0,73 dollar qalxaraq 52,03 dollara yüksəlib. Bu, “Brent”in 2015-ci ilin oktyabrından bəri ən yüksək göstəricisidir.
VTİ markalı Texas nefti də 0,49 dollar dəyər qazanaraq 50,86 dollar təşkil edib.
“Azəri Layt” markalı xam neftin bir barrelinin qiyməti isə 0,76 dollar və yaxud 1,50 faiz artaraq 51,48 dollara satılıb.
Şərhlər