BRİCS və ŞƏT Qərb qarşısındakı iki böyük maliyyə vahididir

10.07.2015 16:15     Ecoreaksiya     2638

Rusiya Federasiyasının Ufa şəhərində təşkil edilən BRİCS və ŞƏT zirvə toplantıları ilə açıqlama verən Rusiya məsələləri üzrə ekspert Sabir Əsgəroğlu, bu iki blokun getdikcə daha çox inkişaf edəcəyini və Qərbin qarşısında dayanan böyük bir maliyyə vahidinə çevriləcəyini qeyd edib.

BRİCS qrupunu meydana gətirən Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika liderləri Rusiyanın Ufa şəhərində bir araya gəliblər. Şəhər eyni zamanda  BRICS zirvəsinə paralel olaraq Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) liderlər zirvə toplantısına da ev sahibliyi edir. Məsələyə münasibnət bildirən ekspert Sabir Əsgəroğlunun fikrincə Rusiya və Çin qısamüddətli hərbi blok qurmayacaq:

"Rusiyanın böyük bir hərbi qüvvəsi var. Çinin də artan iqtisadi gücü istər – istəməz hərbi gücünü artırır. İki ölkəyə ayrı-ayrı tətbiq olunan təzyiq siyasəti hərbi blokun meydana gəlməsinə gətirib çıxarmayacaq. Ancaq Qərb həm Rusiyaya, həm də Çinə qarşı eyni anda hərbi hücum həyata keçirərsə, o zaman blok meydana gələ bilər".

 

BRİCS çoxqütblü dünyanın mərkəzidir

 

BRİCS və ŞƏT – in gələcəkdə daha da inkişaf edəcəyini düşünən ekspert hesab edir ki, bu iki blokun hər biri Qərbin qarşısında böyük bir maliyyə vahidi kimi duruş gətirəcək. Əsgəroğlu BRİCS - in çoxqütblü dünyanın mərkəzi olduğunu ifadə edərək, bu halın Rusiya üçün əhəmiyyətinə diqqət çəkib.

 

Çin İpək yolu layihəsini həyata keçirməyə çalışır

 

Çinin Rusiyayla olan razılaşmaları çərçivəsində Avropaya olan əlaqəsini təkrar gücləndirmək istədiyini vurğulayan Əsgəroğlu Çinin Avropa bazarına açılmaq üçün inşa etməyə çalışdığı İpək Yolunu həyata keçirməyə çalışdığını bildirib. Ekspert düşünür ki, buna görə də Çin ona yaxın ölkələrlə müxtəlif danışıqlar aparır.

Şərhlər