Manat əksər ticarət tərəfdaşlarımızın valyutalarına nisbətdə ucuzlaşıb
26.07.2016 10:41 Ecoreaksiya 1157
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 25-i ilə müqayisədə 0,2% artaraq 1,5755 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,46% möhkəmlənərək 1,7338 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,82% ucuzlaşaraq 0,0241 manat səviyyəsinə enib.
Türkiyə lirəsi isə manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,19% artaraq 0,5202 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0669 manatdır. Beləliklə, funt sterlinq də 0,11%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi də 0,21% artaraq 0,6699 manat təşkil edib.
Şərhlər