Mərkəzi Bankdan intihar açıqlaması

11.07.2015 15:56     Ecoreaksiya     2190

Mərkəzi Bank Bərdədə intihar edən gənclə bağlı açıqlama yayıb.

Həmin hadisədə həyatına sui-qəsd edən Elşad Vaqif oğlu Dadaşov kredit borcu olduğuna görə intihar etdiyi deyilirdi. Qeyd olunur ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmayıb və ümumiyyətlə, baş verən hadisənin bununla əlaqəsi yoxdur.

Mərkəzi Bank belə məlumatları yayanlara tövsiyə edir ki, bu kimi həssas sosial və mənəvi məsələlərə dair informasiyanın yayılmasından öncə onun yoxlanılmasını təmin etsinlər.


Xatırladaq ki, 8 iyul tarixində səhər saatlarında Bərdədə baş vermiş intihar hadisəsində 23 yaşlı Yevlax rayonunda anadan olmuş hazırda Bərdədə qeydiyyatda olan Elşad Vaqif oğlu Dadaşov özünü kəndirlə "Tərtərçay" üzərindəki körpüdən borca görə asıb.

Bərdə Rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) açılıb. İstintaqa məlum olan ilkin ehtimallara görə E.Dadaşov banka borcu olduğu üçün intihar edib.

Qeyd edək ki, Elşad Dadaşov ailəlidir, 1 övladı var. Hazırda faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparır.

Şərhlər