Dünyanın diqqəti Çin və Yunanıstandadır: Dərinləşən böhran Rusiyaya necə təsir edəcək?

13.07.2015 10:04     Ecoreaksiya     2153

Yunanıstanda artıq ABŞ-ı bürüyən, Çində isə son bir neçə həftədə birjada rekord enişlə “təhükə zəngi” çalan böhran siqnallarını dünya iqtisadiyyatına və Rusiyaya olan təsirlərini ortaya qoyur. RBC şirkəti Rusiyanın öndə gedən mütəxəssislərin məsələ haqqında düşüncələrini öyrəndi. Mütəxəssislərin məsələ haqqında düşüncələri belədir: “Çində qeydiyyatsız bankçılıq sektorunun iflası 2008-2009-cu illərdə ABŞ-da olduğu kimi yeni və böyük bir böhrana yol aça bilər. Çin dövlətinin həyəcanı qabaqlayıcı tədbirlərə başlamalarına rəğmən iyunun ortalarından indiyə qədər dövlət birjası təxmini üçdə bir həcmində dəyərini itirib. Keçən ilin ikinci yarısından etibarən görülən tədbirlərə rəğmən Çin iqtisadiyyatı kiçilir. Çin iqtisadiyyatına dair bədbin senarilərin gerçəkləşməsi zəminində Rusiya iqtisadiyyatı ciddi zərər edə bilər. Çindəki başverənlərin Rusiay iqtisadiyyatına təsirini əvvəlcə neft qiymətlərində gözləmək lazımdır. Əvvəllərdə “ABŞ asqırsa dünya dağılar” deyilirdi, artıq bu ifadə Çin üçün də keçərlidir. Çin getdikcə Rusiyanın daha önəmli ticarət və maaliyyə ortağı halına gəlir. Çinin hazırki böhran vaxtında Rusiya məhsullarını satın almağa və ortaq layihələr həyata keçirməyə davam etməsi zorlaşır. Yunanıstanın taleyiylə bağlı bir neçə müəmmalar var. Yunanıstanın yevro bazarından çıxarılması, yəni bədbin senarinin gerçəkləşdirilməsi təqdirində bütün dünya bazarı ciddi təsirə məruz qalar. Bu durum domino təsiri yarada bilər və yeni bir dunya böhranı ilə qarşı-qarşıya qala bilərik. ABŞ hələ də Rusiyanın ən önəmli ticarət və finans ortağıdır. Yunanıstan böhranının dərinləşməsi bütün ABŞ dövlətlərinin iqtisadiyyatına və Rusiyaya təsir edər. ABŞ dövlətlərinin iqtisadiyyatının zəifləməsi vəziyyətində maliyyə yatırımçıları Rusiya və və digər ölkələrin səhmlərini əllərindən çıxarar. Həmçinin iqtisadi səhmlər zəiflədiyi üçün daha az xam mala ehtiyac yaranar.

Şərhlər