Vyana müqaviləsindən sonra Rusiya enerji performansını itirəcəkmi? - ANALİZ
13.07.2015 15:18 Ecoreaksiya 1928
İran və P5 + 1 nüvə müzakirələrində həll yolu tapmaqda ən çox səy göstərən ölkələrdən biri heç şübhəsiz ki, Rusiyadır
Bunu Reaksiya.az –a açıqlamasında Beynəlxalq Əlaqələr və Orta şərq mütəxəssisi Prof. Dr. Ghadir GOLKARIAN bildirib. O, qeyd edib ki, ancaq müzakirələrin uğurla nəticələnməsi və bir razılığa gəlmə halında Rusiya üçün nələrin olacağı düşündürücüdür: “Bəlkə də buna görə, Rusiyalı siyasətçilər bəzi mövzularda açıqlama verməkdən çəkinirlər.
Bloomberg, neft mütəxəssisləri, müdirləri və beynəlxalq banklar ilə nüvə razılaşmasından sonrakı vəziyyəti qiymətləndirərək belə bir qənaətə gəlib; "Beynəlxalq sanksiyaların qalxmasıyla birlikdə, İran qətiliklə neft bazarındakı gerçək dəyərini haqlayacaq. Buna görə də, Səudiyyə Ərəbistanı və Rusiya başda olmaqla, həm OPEC, həm də beynəlxalq enerji bazarında olan digər aktorlar üstün mövqelərini itirəcəklər. Çünki İran, neft istehsalında OPEC üzvləri arasında 2 - ci və təbii qaz ehtiyatlarına görə də
dünyanın başda gələn ölkəsi sayılır. Bundan əvvəl Rusiya ən başda yer alırdı, “South Pars Zone” təbii qaz ehtiyatlarının ortaya çıxmasından sonra İran ilk sırada yer alır”.
Bir çox enerji mütəxəssislərinə görə, Rusiya ilə İran, AB bazarında qıran qırana rəqabət aparacaqlar. Lakin Rusiyanın Qərb dünyası ilə yaşadığı siyasi problemlər və embarqolara görə, İranın önü açılmış vəziyyətdədir. Aİ-nin 2012 0- ci il sansksiyalarından sonra İranın bu qitəyə normal enerji axışı iflasa uğramış, ardından ABŞ-ın qərarı və BMT-nin yeni sanskiyaları ilə İran artıq neft və təbii qazını sata bilməmişdir. 2011-ci ildə İranın neft satış miqdarı gündəlik 3,6 milyon barel ikən, 2014-ci ildə 2,5 milyon barrelə düşmüşdür. Başqa bir deyişlə, İranın enerji ixracatının üçdə biri azalmışdır.
İllərdir Rusiya siyasəti həmişə İrandan tərəf olub və bu ölkənin silah ehtiyaclarını qarşılayıb. Xüsusilə İran-İraq müharibəsinin 3-cü ilindən etibarən İranın bir çox texnoloji ehtiyacını istər təyyarə, istər tank vs. hamısını Rusiya təmin edib. Təbii bu zaman İran Müdafiə Nazirliyinə bağlı olan müdafiə texnologiya və sənaye sektoru isə öz daxilində bir çox sahədə inkişaf edərək, indiki vaxtda uzaq mənzilli raketlər və hətta kosmik raketlərin belə istehsalına başlayıb. Buna baxmayaraq, İran müdafiə sistemində hələ yeni məhsullara ehtiyac duyulmaqdadır. S-300 balistik raketlərin alnması da bununla bağlıdır. Ayrıca, Vyanada İran və P5 + 1 müzakirələrində Rusiya və Çin ölkələrinin razılaşmaqla birlikdə eyni vaxtda olaraq silah alış və satış sanksiyalarının da qaldırılması niyyətləri də elə buna görədir. Rusiya enerji sektorundakı bazarını İrana versə də, silah bazarını seçməsi daha çox məntiqli olacaq. Çünki milyardlarla silah alışı və İran vasitəsilə üçüncü ölkələrə satışı daha da asanlaşacaq.
Buna görə də, bu vəziyyəti nəzərə alası olsaq, deyə bilərik ki, İran, nüvə müzakirələrdən sonra enerji ixracatında hücuma keçəcək. Necə ki, İranın Neft Naziri Bijan Namdar Zanganeh, may ayında önümüzdəki 6 ay ərzindəki proqramlarını açıqlayarkən, Aİ və Asiya bazarına təkrar aktiv şəkildə qayıdacaqlarını açıqlamışdı. İran Neft Naziri, ayrıca OPEC-in 5 əhəmiyyətli üzvünə yazılı nota ilə önümüzdəki günlərdə İranın ixracat həcminin yüksəldilməsini də tələb edəcək. Tərcih və planlanmış ixrac həcmi isə gündəlik 4 milyon barrel olaraq planlaşdırılır. Onsuz da İranın 2008-ci ildə çıxardığı və ixrac etdiyi potensial təxminən bu qədər idi.
Nəticə olaraq, İranın enerji bazarına geri dönüşü bəzilərinə müsbət, bəzilərinə isə mənfi təsir edəcək, amma nəticədə bütün ölkələr öz maraqlarını qorumaq məqsədi ilə müasir beynəlxalq tarazlıqda bir az da olsa sarsılıb, özünə yenidən baxmaq məcburiyyətində qalacaq. İranın aktorluğunun isə, bir çox istiqamətdən -ən azı regional problemlərin həlli baxımından dünyaya çox xeyri olacaq”.
Şərhlər