Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq

16.08.2016 21:24     Ecoreaksiya     1045

 Sabah Bakının Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
SOCAR-ın “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə avqustun 17-də saat  09:00-dan 18:00-dək Binəqədi rayonu 28-may və Mədən yaşayış massivi ərazisində, həmçinin Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Aparılan işlərin Səbail rayonunun Bayıl və Badamdar ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.
 
 

Şərhlər

Çox oxunanlar