Türkiyə-Azərbaycan enerji əlaqələrinə İran nizamı - EKSPERT RƏYİ
15.07.2015 15:37 Ecoreaksiya 2706
İran ilə P5 + 1 ölkələri arasında sanksiyaların qaldırılması istiqamətində razılığa gəlməyə enerji bazarlarını hərəkətləndirib. Dünyanın ən zəngin təbii qaz və dördüncü böyük xam neft ehtiyatlarına sahib olan İranın enerji ehtiyatlarının üstündən sanksiyaların qaldırılması prioritet olaraq ərz artımı mənasını verməkdədir. İranın xam neft istehsal və ixracat nisbətlərinin artması nəticəsində neft qiymətlərində enmə başlayacaq. Hələ də neft ehtiyacının təxminən 40% -ni İrandan təmin edən Türkiyə, bu prosesdən sonra ilk etapda İrandan aldığı neft miqdarını artırmaq üçün hərəkətə keçəcək. İran eyni zamanda Türkiyənin, Rusiyadan sonra ən çox təbii qaz ixrac etdiyi ikinci ölkədir. Sanksiyaların qaldırılmasından sonra İran və Türkiyə arasındakı enerji əlaqələrinin daha da inkişafı gözlənilir.
Türkiyənin enerji məsələsində strateji əməkdaşlıq etdiyi Azərbaycan baxımından İranın xüsusilə təbii qaz təchizatı nisbətində meydana gələcək artım əhəmiyyət daşımaqdadır. İnvestisiya əskikliyinə görə təbii qaz istehsal və ixrac nisbəti sahib olduğu ehtiyatlara görə olduqca aşağı olan İran xam neft ixracatında olduğu kimi təbii qaz ixracatında da payını artırmağı qarşısına məqsəd qoymuşdur. Sahib olduğu 34 trilyon kubmetr ehtiyatı ilə uzun müddətdə təbii qaz bazarında tarazlıqları dəyişdirmə potensialına sahib olan İranın, Türkiyə və Aİ bazarına yönəlməsi Azərbaycan baxımından təhdidlərdən ibarətdir. Türkiyə həm İran, həm də Azərbaycanın ən böyük təbii qaz idxalçısıdır. İran və Türkiyə arasındakı illik 14 BCM tutumlu Fars Boru Xəttinin 10 BCM tutumu istifadə edilib, qısa müddətdə bu xəttin tam tutumda istifadəsi və tutumun artırılması gündəmə gələcək. Türkiyə İran alternativi sayəsində təbii qaz bazarında əlini gücləndirəcək.
Türkiyə-Azərbaycan enerji əməkdaşlığı baxımından ən kritik nöqtə İran qazının Avropa bazarına yönəlməsi halında Türkiyə dəhlizindən istifadədə olacaq. Enerji ötürücüsü olmaq məqsədini güdən Türkiyə baxımından İran qazının Türkiyə üzərindən dünyaya açılması əhəmiyyətli bir fürsətdir. Ancaq, Cənub Qaz dəhlizinin başlanğıc layihəsi olan TANAP və Avropa ayağı olan TAP ilə Avropa bazarına birbaşa qaz satmağı planlaşdıran Azərbaycan baxımından İran qazının qısa müddətdə rəqib olması o qədər də real deyil. Ancaq, 2020-ci ildən sonra həm İranın, həm də Azərbaycanın təbii qaz istehsal dərəcələrinin artmasına görə Avropa bazarında müştəri tapma məsələsində rəqabət yaşanacaq. Azərbaycanın bu məsələdəki ən böyük üstünlüyü isə qazını Avropaya çatdıracaq boru xəttinin inşa mərhələsində olmasıdır. İranın təbii qaz ixracatında söz sahibi olmaq üçün ciddi maliyyə və texniki dəstəyə ehtiyacı var. İran qaz sahələrinin inkişaf etdirilə bilməsi üçün əvvəlcə qaz alımı müqavilələrinin imzalanması vacibdir.
İranın Aİ təbii qaz bazarına yönəlməsi halında qazını TANAP ya da Türk axımı vasitəsi ilə daşınması gündəmdədir. Şah Dəniz layihəsində 10% hissəsi olan İranın TANAP və TAP layihələrindən hissə alması, Azərbaycan ilə əlaqələrinə müsbət təsir edəcək. Ancaq İranın Türk axımı ya da müstəqil bir boru xətti variantına yönəlməsi vəziyyətində tərəflər arasında geosiyasi rəqabət yaşanacaq.
Xəzər hövzəsinin statusu haqqında Azərbaycan və İran arasında fikir ayrılıqları mövcuddur. Nüvə proqramına görə ABŞ tərəfindən iqtisadi və siyasi sanksiyalara məruz qalan İran buna görə də Orta Asiya və Xəzər ehtiyatlarının transferində ən qısa marşrut olmaq üstünlüyünə sahib olmasına baxmayaraq aktiv fəaliyyət göstərə bilməyib. Sanksiyaların aradan qaldırılması ilə İran bölgə ehtiyatlarının öz ərazisindən dünya bazarına çatdırılması üçün müzakirələrə başlayıb. Bölgənin xam neft və təbii qaz ehtiyatlarının Qərbə çatdırılmasında transfer ölkə olma hədəfi olan Azərbaycan üçün İran dəhlizinin açılması bir handikap yaradacaq. Eyni şəkildə, Şərq-Qərb dəhlizinin, Avropaya açılan qapısı olan Türkiyə baxımından da İranın transfer dəhlizinin mövcud olması əhəmiyyətli bir təhdid ünsürüdür. Türkiyə, hələ də türkmən qazının Transxəzər Boru Kəməri ilə Azərbaycan üzərindən Avropaya çatdırılması üçün tərəflər arasında mekik diplomatiyası icra etməkdədir. Ancaq, Türkmənistan ilə yaxın əlaqələri olan və Transxəzər layihəsinə Rusiya ilə birlikdə ciddi şəkildə etiraz edən İran da türkmən qazının İran üzərindən Avropaya açılması üçün hərəkətə keçib.
Mərhələli olaraq qaldırılacaq sanksiyalardan sonra İran-Türkiyə-Azərbaycan arasındakı enerji əlaqələrində fürsətlər və risklər iç-içə keçmiş vəziyyətdədir. Tərəflər istər əməkdaşlığı, istərsə rəqabəti seçsin İranın enerji bazarına geri qayıtması Xəzər hövzəsi enerji oyununda tarazlıqları dəyişdirəcək.
Şərhlər