Bakıətrafı qəsəbələr qazsız qalacaq

26.08.2016 21:57     Ecoreaksiya     1236

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, avqustun 29-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, “Maştağa”, “Nardaran” və “Bolqarıstan”, Qazax magistral qaz kəmərləri sahəsinin “Ağasıbəyli” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Bakı şəhəri Sabunçu rayonunun Maştağa, Nardaran, Zabrat-1, Zabrat-2, Bilgəh, Kürdəxanı, Pirşağı və Nardaran, həmçinin Samux rayonunun Ağasıbəylı, Əhmədbəyli və Əlibayramlı qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar