İranın qayıdışı neft bazarına necə təsir edəcək? - EKSPERTLƏR NECƏ DÜŞÜNÜR?

16.07.2015 04:45     Ecoreaksiya     3274

Nüvə müzakirələrinin nəticələnməsindən sonra gözlər neft bazarına çevrilib. Qlobal neft bazarının proseslərdən necə təsirlənəcəyinə dair açıqlama verən ekspertlər mövcud şərtlərdə OPEC ölkələrinin asanlıq İranla əməkdaşlıq etməyəcəyini düşünürlər...

İranın P5 + 1 ölkələriylə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) nüvə razılaşması əldə etməsindən sonra diqqətlər neft bazarlarına çevrilib. İranın yenidən qlobal neft bazarına qayıtması neft qiymətlərində kəskin azalmalara səbəb ola bilər.

Ancaq İrandan bu mövzu ilə əlaqədar daha balanslı şərhlər verilir. Hələ İyun ayında İranın qlobal neft bazarına qayıdışını dəyərləndirən ölkənin neft naziri Bijan Zangani, razılaşmanın mütləq neft qiymətlərinin daha da düşməsinə səbəb olacaq mənasına gəlmədiyini və OPEC üzvü digər neft istehsalçısı ölkələrin öz paylarını salaraq İranın bazaar girməsinə şərait yarada biləcəklərini söyləmişdi.

İranlı enerji mütəxəssisi Umud Şükri mövcud şərtlərdə OPEC ölkələrinin asanlıqla İran üçün yer açmayacaqlarını və İranın hələ qiymətlərə təsir edəcək istehsala sahib olmadığını düşünür: "Embarqodan sonra  İranın neft istehsalı xeyli aşağı düşüb. 2005-ci ildə 4,5 milyon barrel ikən, 2012-ci ilin sonunda 1,8 milyon barelə qədər düşüş yaşanıb. 2013 -2014 – cü illərdə də embarqoların yüngülləşməsi nəticəsində 2,5 milyon barelə qədər artım müqşahidə olunub. Amma embarqoların qalxması, dərhal İranın bazara qayıdacağı mənasına gələ bilməz. Çünki İranın yerini digər ölkələr, xüsusilə Səudiyyə Ərəbistanı və İraq tutub. Bu ölkələr öz paylarını başqa bir ölkəyə vermək istəməyəcək. Neft qiymətləri mövzusunda qısa müddətli eniş yaşamaq olmaz, amma sonra nə olacaq, bilmək çətindir. Amma qiymətin 50 dolların altına düşməsi ehitmalı zəifdir. Bilindiyi kimi neft qiymətlərinə təkcə istehsal ilə istehlak təsir etmir. Daha çox faktorlar var. Soyuq havalar gələndə neftə daha çox tələb olur. Yaxın gələcəkdə qiymətləri 60-80 dollar civarında sabitləşdirmək mümkündür. 2016-ci ilin qiymətlərini isə indidən söyləmək çox çətindir".

Beynəlxalq Strateji Araşdırmalar Təşkilatı (USAK) Enerji Təhlükəsizliyi Araşdırmaları Mərkəzinin Müdiri Hasan Selim Özertem, İranın neft bazarına qayıdışının əhəmiyyətli dəyişikliklərə səbəb olacağını hesab edir:

"P5 + 1 ölkələri və İran arasında təxminən bir ildir devam eden müzakirələrin neft bazarları üzərində müsbət təsirləri olub. Xüsusilə razılaşmanın müsbət nəticələnəcəyinə dair müşahidələr, neft bazarlarındakı dalğalanmaların qismən olaraq azalmasını və əhəmiyyətli ölçüdə sabitliyə qovuşmasına səbəb olmuşdu. Təbii ən çox danışılan məsələlərdən biri, razılaşmadan sonra bazarın necə formalaşdırılacağı idi. Bu mövzuda hələ dəqiq bir şey söyləmək olduqca çətindir. Daha çox müşahidələrimizə əsaslanıb deyə bilərik ki, orta və uzun müddətə neft qiymətlərinin həddindən artıq yüksəlməsinə mane olacaq siyasət həyata keçiriləcək. Çünki İranın təxminən 1,5 milyon barel neft istehsalını yenidən ixrac etməsi vacibdir.Özəlliklə, ABŞ  -ın sanksiyaları ilə birlikdə bu mövzuda bir məhdudiyyət gəlmişdi və İran ixracatı ciddi mənada azalmışdı.

Önümüzdəki bir ilə baxdığımız zaman xüsusilə İranın istehsalı hansı formada tənzimləyəcəyi və bu məsələdə hansı bazarları təkrar əldə etmək istəyəcəyi olduqca vacibdir. ABŞ-dakı quruda neft quyularının istehsala başlaması ilə birlikdə bazardakı payı daralan Körfəz ölkələri daha çox Asiya bazarına yönəliblər. Bu şəkildə formaya salınan bir bazarda İran yeni müqavilələri necə imzalayacaq, bu da əhəmiyyətli bir məsələdir. Amma bunu da ifadə edək ki, xüsusilə regional bazarlarda bir rahatlaşma yaşana bilər. Aralıq dənizi bazarı başda olmaqla İrana yaxın hövzələrdə neft qiymətləri bir az daha balanslı mənada aşağıya enə bilər. Amma qlobal mənada bu anda ciddi bir enişin gözlənilməsi mümkün deyil. Çünki OPEC üzvü ölkələrin da vəziyyəti yaxından təqib etdiyi və son bir ildir ki, 50 ilə 70 dollar civarında saxlanılması ilə bağlı yaxşı pis əldə olunan bir razılıq var və müəyyən bir qiymətin ortaya çıxdığını görürük. Burada OPEC-in istehsalını azaltması və digər ölkələrin birbaşa İrana yer açması heç də  rahat olmayacaq”. 

Şərhlər