Rusiyada rubla təsir edən beş əsas səbəb - YANAŞMA
16.07.2015 07:35 Ecoreaksiya 2936
Rusiyada rublun kursundaki oynamaların səbəbləri nədir? Rusiyanın “Komsomolskaya Pravda” qəzeti, mütəxəssis fikirlərinə müraciət edərək Rusiyada rubl məzənnəsinə təsir edən başlıca beş səbəbi araşdırıb:
Neft
Rusiyanın ictimai büdcəsi böyük ölçüdə neft qiymətlərindən asılıdır. Dövlətin gəlirlərinin 50% - dən çoxunu neft, təbii qaz, metal və digər xammaddə ixracatından gələn gəlirlər təşkil edir.
Kursu müəyyən etmədə ən əhəmiyyətli rolu oynayan ödənişlərin tarazlığı dünyada neft və digər xam maddələrin qiymətlərinə bağlıdır.
Neft qiymətlərinin artdığı illərdə rubl 20-25% güçlənib, neft qiymətinin düşdüyü 2014-ci ildə isə rubl dollar qarşısında təxminən yarı yarıya kimi dəyər itirib.
Sanksiyalar
Ticarət əməliyyatlarına qoyulan qadağalarla yanaşı, borclara yenidən sanksiyaların tətbiqi xarici borc ödənmənin vacibliyi də bu səbəblərə daxildir. Şirkətlərin Qərbdən aldıqları kreditləri bağlamaq üçün başqa kredit almaq kanalları bağlanılıb. Bunun nəticəsi kimi rusiyalı şirkətlərin, xarici borclarını bağlamaq üçün ölkə içindən dollar və avro təmin etmələri əsasd şərt idi. Bu da valyuta ehtiyatının azalmasına səbəb oldu. Tələbin artması dollar və avro kursunun yüksəlməsinə gətirib çıxarıb. Mərkəzi Bankın valyuta ehtiyatlarını xərcləməsi artıq qaçılmaz hala gəlib.
Devalvasiyanın yaşanması
Neft qiymətlərinin aşağı olması büdcə gəlirlərində ciddi enmələrə yol açıb. Ancaq hökumət, bu enişi rublun məzənnəsi ilə balanslaşdırmağa çalışır. Rublun zəif olması, ölkəyə girən hər dolların daha qiymətli olduğu mənasına gəlir. Digər bir tərəfdən xəzinə xərcləri rubl əsasında qalmaqda davam edir. Bu hiyləgərcə əməliyyat sayəsində, büdcə kəsirlərinin çox böyük olmasına maneə törədilir.
Dünya iqtisadiyyatındakı vəziyyət
Bütün dünyada gedən proseslər Rusiyaya da öz təsirini göstərir. Yunanıstan və Çindəki böhranlar bunların başında gəlir. İranın Qərb ölkələri ilə sanksiyaların qaldırılması yolunda apardığı müzakirələr də buna daxildir.
Birjadaki variantlar
Birja böyük oyunçular, təklif və tələb tarazlığını dəyişdirərək püşk atma təsiri yarada bilirlər. Corc Soros 90-cı illərdə İngilis sterlinqinə gündə 15% zərər vururdu. Rubl ilə isə bu oyunlar oynamaq həddən artıq asandır.
Tərcümə: R. Miraslan
Şərhlər