Azərbaycan nefti 3% ucuzlaşıb

01.09.2016 11:36     Ecoreaksiya     1162

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,41 dollar və yaxud 2,86% ucuzlaşıb.

"Report" xəbər verir ki, bu gün "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 47,91 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar