Baş nazir: "Azərbaycan qazpaylayıcı mərkəzin yaradılmasında potensial tərəfdaşımız olaraq qalır"

06.09.2016 19:32     Ecoreaksiya     1218

Bolqarıstan yaratmaq istədiyi "Balkan" qazpaylayıcı mərkəzin tikintisini "Bulgartransgas" şirkətinin filialı aparacaq.
 
"APA-Economics" bu barədə "Bulgartransgas" şirkətinin baş icraçı direktoru Georgi Geqov deyib.
 
Onun sözlərinə görə, layihənin səhmlərinin 50%-i strateji investorlara təklif olunacaq.
 
Hazırkı mərhələdə layihənin investisiya dəyəri 1,5 mlrd. avro təşkil edir. Lakin layihənin yekun dəyəri 2017-2018-ci illərdə yekunlaşacaq texniki-iqtisadi əsaslandırma işlərindən sonra məlum olacaq.
 
"Mərkəzin tikintisi ölkə ərazisindən nəql olunan qazın həcminin 43 mlrd. kubmetrədək artmasına yardım edəcək", - deyə baş icraçı direktor qeyd edib.
 
G. Geqov etiraf edib ki, hazırda layihənin maliyyələşdirilməsi ilə bağlı qeyri-müəyyənlik var.
 
Bolqarıstanın energetika naziri Temenujka Pektova isə bildirib ki, layihənin maliyyələşdirilməsi məsələsi potensial investorlarla danışıqlardan sonra həllini tapacaq.
 
Baş nazir Boyko Borisov isə dəqiqləşdirib ki, artıq beş ölkə yeni yaradılacaq mərkəz üçün qaz nəql etmək niyyətində olduğunu bildirib. Onların arasında Rusiya da var. "Mən bu məsələdə rəsmi Brüsseldən yalnız dəstək deyil, həmçinin praktiki yardım gözləyirəm. Bunun üçün Avropa Komissiyası nəinki Rusiya və Bolqarıstanla, həmçinin layihəyə maraq göstərən digər ölkələrlə də üçtərəfli formatda danışıqlara razılıq verməlidir. Potensial tərəfdaşlar dedikdə mən Rusiyadan başqa Azərbaycan, Türkmənistan, İran və ABŞ-ı qeyd edə bilərəm. Layihənin yaxşı gələcəyi və bir sıra üstünlükləri var. ", - deyə baş nazir qeyd edib.
 
 
 

Şərhlər

Çox oxunanlar