Banklar dollar satışındakı limiti ləğv etdi
08.09.2016 14:20 Ecoreaksiya 1294
Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarını limitsiz satmağa başlayıb.
Report-un əldə etdiyi məlumata görə, söhbət Bank Respublika və Azər-Türk Bank ASC-lərdən gedir.
Bu banklardan bildirilib ki, müştərilər kassaya yaxınlaşmaqla istədikləri qədər nağd dollar ala bilərlər.
"Atabank"dan da limitsiz dollar almaq mümkündür. Lakin bunun üçün ilk növbədə bankın "Qaynar xətti" ilə əlaqə saxlamaq və kassada dolların olduğu filiala getmək lazımdır.
Bəzi banklar isə dolların limitini artırıb. Məsələn, "Azərbaycan Sənaye Bankı"nda hazırda müştərilərə 500 dolları keçməmək şərti ilə nağd valyuta satılır.
Şərhlər