Bağlanan bankın əmanətçilərinə kompensasiya ödənilməyəcək
19.07.2015 12:02 Ecoreaksiya 2240
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu xüsusi bəyanatla çıxış edib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmır.
Bunu Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.Onun sözlərinə görə, "Azərbaycan Kredit Bankı"nın bağlanmasısığorta hadisəsi deyil, bu, məcburi ləğv etmədir: "Buna görə də ADIF bankın əmanətçilərinə kompensasiya ödəməyəcək".
Azad Cavadov - ADIF-in icraçı direktoru Azad CavadovA.Cavadov qeyd edib ki, əgər bank ləğv olunarsa və ya o, əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, Fond əhalinin əmanətlərini kompensasiya edir.Bununla belə, ADIF-ın icraçı direktoru qeyd edib ki, "Azərbaycan Kredit Bankı"nın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var:
"Bu bankda əmanətlərin həcmi təqribən 3,4 milyon manatdır. Bu, o qədər də böyük məbləğ deyil ki, vəsaitlərin qaytarılması ilə bağlı problem olsun".O, diqqətə çatdırıb ki, bankda sığortalanmış əmanətlərin həcmi təqribən 1,4 milyon manat təşkil edir: "Fond yalnız bankın müflis olacağı təqdirdə həmin əmanətləri kompensasiya edə bilər".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı iyulun 16-da "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasını geri çağırıb.
Şərhlər