Bakının Xəzər rayonun bir hissəsində və Ağsuda qaz təchizatı məhdudlaşdırılacaq
10.09.2016 16:34 Ecoreaksiya 1282
Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Albalı”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ağsu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Ağsu rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Şərhlər