Dünyanın yeni bəlası gəlir

19.07.2015 16:23     Ecoreaksiya     2201

Planetin ikinci iqtisadiyyatı iflasa doğru gedir.

Hazırda Çin şirkətlərinin borju 16,1 trilyon dollara bərabərdir. ANS PRESS-in məlumatına görə, "Standard&Poor's" agentliyi yaxın beş ildə bu borcun 28,8 trilyon dollara qalxacağını düşünür.

Agentliyin ekspertlərinin fikrincə, bu, ölkə ümumi daxili məhsulunun 160%-inə bərabərdir və ABŞ-ın analoji göstəricisindən iki dəfə yüksəkdir. Ekspertlər ehtimal edirlər ki, bu qədər yüksək borjun əsas səbəbi Pekinin iqtisadi artım tempinin sabitləşməsi üzrə indi həyata keçirdiyi siyasətlə bağlıdır.

 "Uzun illər Çin məmurları iqtisadiyyatın real sektoruna kapital axınının artırılması üzrə tədbirlər görürlər. Hazırda qiymət səviyyəsi durmadan aşağı düşür, gəlirin artım tempi azalır. Belə şəriatdə Çin şirkətləri borjlarını ödəməkdə çətinlik çəkirlər. Bu, Çin iqtisadiyyatının sərt tənəzzülünə səbəb ola bilər", - deyə İsveçrənin "UBS" bankının Çindəki filialının aparıcı iqtisadçısı Van Tao bildirib.

Şərhlər