Manat avroya nisbətən bahalaşıb
16.09.2016 11:28 Ecoreaksiya 1272

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 15-i ilə müqayisədə dəyişməyərək 1,6375 manat olub.
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,02% zəifləyərək 1,8406 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,8% artaraq 0,0253 manat səviyyəsinə düşüb.
Türkiyə lirəsinin məzənnəsi 0,5% artaraq 0,5516 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1671 manatdır. Beləliklə, funt sterlinq 0,11%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi dəyişməyərək 0,7089 manat təşkil edib.
Şərhlər