Bloomberg Rusiya ilə Çinin arasını vurur
21.07.2015 12:10 Ecoreaksiya 2605
Amerikanın “Bloomberg” xəbər agentliyi, Rusiyanın BRICS qrupu içindəki investisiyaya uyğun ən etibarlı ölkə olduğunu yazıb.
“Bloomberg”də dərc olunan bir məqalədə investorların səhmlərin çox bahalı olmasına görə Çindən uzaqlaşdığı, bunun da Rusiyanı 'ən cazibədar' BRICS ölkəsi halına gətirdiyi xüsusi ilə qeyd olunub.
Yeddi ay ərzində çox şey dəyişdi
Neft qiymətlərinin altı ilin ən aşağı rəqəmlərə kimi düşməsindən sonra yenidən özünə gəlməyə başlaması ilə rus səhmlərinin əvvəlki cazibəsinə qayıtdığı ilə bağlı şərhlərin verildiyi məqalədə, "Yeni ildə neft bazarlarındakı qeyri-müəyyənlik və rublun gözlənilməyən enməyə qədəm qoyması ilə birlikdə sərmayəçilər rus bazarından uzaqlaşdılar. Ancaq ötən yeddi ay ərzində çox şey dəyişdi"fikirləri yer alıb.
Rus səhmləri ciddi qazanc gətirə bilər
“Bloomberg”ə məsələ ilə bağlı açıqlama verən mərkəzi Londonda yerləşən Prosperity Capital Management investisiya şirkətinin rəhbəri Mattias Westman da açıqlamnasında bildirib ki, rus səhmləri indiu bir az dəyərinin altındadır. Ancaq iqtisadi risklərin azalması halında investorlar ciddi mənada qazanc əldə edə bilərlər.
Şərhlər