Manatın möhkəmlənməsi davam edir
23.09.2016 11:34 Ecoreaksiya 1383

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 22-si ilə müqayisədə 0,24% ucuzlaşaraq 1,6292 manat olub.
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,28% zəifləyərək 1,8241 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,39% ucuzlaşaraq 0,0255 manat səviyyəsinə enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,1% bahalaşaraq 0,5531 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1248 manatdır. Beləliklə, funt sterlinq 0,33%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,23% ucuzlaşaraq 0,7038 manat təşkil edib.
Şərhlər