Böyük şirkətlərin Orta Asiyadakı ofisləri Qazaxıstanda yerləşəcək
21.07.2015 13:12 Ecoreaksiya 2087
Qazaxıstan Orta Asiyada fəaliyyət göstərən böyük şirkətlərin nümayəndəliklərini bir araya gətirəcək. Qazaxıstan investisiyalar və İnkişaf naziri Asetin İsekeşev Qazaxıstan ilə qonşu ölkələrdə fəaliyyət göstərən dünyanın qabaqda gələn bir çox böyük şirkətlərin filial və nümayəndəliklərinin Qazaxıstana köçəcəyini açıqlayıb. Dünyanın öncül şirkətlərinin Orta Asiyadakı şöbə və təmsilçilikləri ilə görüşdüyünü bildirən İsekeşev bildirib ki, bu yöndə müəyyən razılaşmalar da əldə olunub: “Qonşu ölkələrdə fəaliyyətə göstərən bəzi böyük şirkətlərin Orta Asiyadakı şöbə və nümayəndəlikləri bu yaxınlarda öz diler və şöbələrini Qazaxıstana köçürəcək”. İsekeşev eyni zamanda ölkədə istehsal sektorunun inkişafı məqsədi ilə bir sıra tədbirlərin görüldüyünü və orta sahibkarlığın inkişaf etdiriləcəyini də sözlərinə əlavə edib.
Şərhlər