Azərbaycan iqtisadi göstəricisinə görə dünyada 3-cü yer tutdu

28.09.2016 11:50     Ecoreaksiya     1353

Azərbaycan dünyada 37-ci ən rəqabətədavamlı iqtisadiyyata malikdir.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq İqtisadi Forumununu (WEF) son reytinqində məlumat verilir. Forumunun reytinqində ümumilikdə, 138 ölkənin adı qeyd olunub. Ötən il Azərbaycanın həmin reytinqdə 40-cı olduğu və bu il 3 pillə irəlilədiyi də qeyd olunub.

 

Azərbaycan biznes qeydiyyatı üçün tələb olunan prosedurlar baxımından 3-cü, biznesin qeydiyyat tezliyi baxımından isə 9-cu yerdə qərar tutub.  

 

Dövlət institutlarının inkişafına görə Azərbaycan 48-ci, infrastruktur inkişafına görə 55-ci, makroiqtisadi sabitliyə görə 39-cu, səhiyyə və ibtidai təhsilə görə 75-ci, ali təhsilə görə 78-ci, maliyyə bazarlarının in inkişafına görə 97-ci, əmək bazarına görə 50-ci, əmək bazarının effektliliyinə görə 26-cı, texnoloji hazırlığa görə 55-ci, bazarın həcminə görə 63-cü, innovasiyalara görə 44-cü, biznesə dəstəyə görə isə 60-cı pillədə qərarlaşıb. Azərbaycan biznes qeydiyyatı üçün tələb olunan prosedurlar baxımından 3-cü, biznesin qeydiyyat tezliyi baxımından isə 9-cu yerdə qərar tutub.  

 

Hesabatda göstərilir ki, Azərbaycan inflasiyanın səviyyəsinə görə 81-ci, Ümum Daxili Məhsul istehsalına görə isə 63-cü yerdədir.

 

Dünyada ən rəqabətədavamlı iqtisadiyyat İsveçrədə qeydə alınıb. Reytinqdə 2-ci Sinqapur, 3-cü ABŞ, 4-cü Hollandiya, 5-ci Almaniya, 6-cı İsveç, 7-ci Böyük Britaniya, 8-ci Yaponiya, 9-cu Honqkonq və 10-cu isə Finlandiyadır.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar