Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb
29.09.2016 12:09 Ecoreaksiya 1210
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 28-i ilə müqayisədə dəyişməyərək 1,6252 manat olub.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,15% möhkəmlənərək 1,8250 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 28-i ilə müqayisədə 1,18% möhkəmlənərək 0,0258 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,16% ucuzlaşaraq 0,5451 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1158 manatdır. Beləliklə, funt sterlinq 0,12%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,22% ucuzlaşaraq 0,6930 manat təşkil edib
Şərhlər