Manat əksər xarici valyutalara nisbətən bahalaşıb

30.09.2016 11:10     Ecoreaksiya     1361

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 29-u ilə müqayisədə 0,25% ucuzlaşaraq 1,6211 manat olub.
 
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,35% zəifləyərək 1,8187 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 29-u ilə  müqayisədə 0,39% zəifləyərək 0,0257 manat səviyyəsinə enib.
 
Türkiyə lirəsinin məzənnəsi isə 1% ucuzlaşaraq 0,5398 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1026 manatdır. Beləliklə, funt sterlinq 0,62%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,07% bahalaşaraq 0,6935 manat təşkil edib.
 
 
 

Şərhlər

Çox oxunanlar