Manat əksər xarici valyutalara nisbətdə bahalaşıb

03.10.2016 12:36     Ecoreaksiya     1399

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 30-u ilə müqayisədə 0,25% ucuzlaşaraq 1,6170 manat olub.
 
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,12% zəifləyərək 1,8166 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 30-u ilə  müqayisədə dəyişməyərək 0,0257 manat səviyyəsində qalıb.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,3% ucuzlaşaraq 0,5382 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0925 manatdır. Beləliklə, funt sterlinq 0,48%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,23% ucuzlaşaraq 0,6919 manat təşkil edib.
 
 

Şərhlər

Çox oxunanlar