Manatın xarici valyutalara qarşı bahalaşması davam edir
06.10.2016 11:25 Ecoreaksiya 1248
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 5-i ilə müqayisədə 0,49% ucuzlaşaraq 1,6036 manat olub.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,67% zəifləyərək 1,7956 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 5-i ilə müqayisədə dəyişməyərək 0,0257 manat səviyyəsində qalıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,42% ucuzlaşaraq 0,5248 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0396 manatdır. Beləliklə, funt sterlinq 0,59%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,91% ucuzlaşaraq 0,6824 manat təşkil edib.
Şərhlər