Özbək iqtisadiyyatı yüksək qiymət alıb

22.07.2015 15:10     Ecoreaksiya     2451

Standard & Poors beynəlxalq reytinq agentliyi bu yaxınlarda (İyun, 2015) Özbəkistanın bank sənayesi haqqında konfrans təşkil edib. Agentlik həmçinin Özbəkistanın bank sənayesi haqqında müfəssəl hesabat hazırlayıb. O makroiqtisadiyyatın inkişafında Özbəkistanın bank sənayesinin müsbət rolunun bir daha təsdiqləyib. Hesabatda təxmin edilib ki, Özbəkistanın ÜDM-nin stabil artımı iqtisadiyyatın real sektorun kreditləşməsinin genişlənməsi ilə dəstəklənib. Hesabat həmçinin Bazel III haqqında Prezident Qətnaməsi (May, 2015) və Özbəkistanın bank sektorunun likvidliyi və kapitallaşmasının inkişafı haqqında yüksək rəy bildirib. Bu Özbəkistanın yerli bank sənayesini daha da gücləndirməyə səbəb olacaq. Hesabat Özbəkistanın bank sektorunun kapitallaşmasını məqsədə uyğun kimi qiymətləndirib və aktivlərin artımı yüksək və müsbət olaraq qalıb. Hesabata görə Özbəkistanın bank sektoru bəzi MDB ölkələrinin reytinqlərinin düşməsinə baxmayaraq stabil görünür. Özbəkistanın bank sektorunun rəqəmləri yüksəkdir və beynəlxalq standartların gözləntilərinin üstələyir. Özbəkistan höküməti tərəfindən aparılan islahatlar özünü göstərir. İslahatlar bank sisteminin maliyyə davamlılığını daha da gücləndirib və son 5 ildə bankların cəmi kapitalının 2 dəfə artımını təmin edib. Rəqəmlər son ildə 25 faiz artıb. Kapital kafililiyinin səviyyəsi 24 faiz təşkil edib ki, bu da beynəlxalq standart olan 8 faiz ilə müqayisədə 3 dəfə yüksəkdir. Standard & Poors beynəlxalq reytinq agentliyi həmçinin Özbəkistan Mərkəzi bankının aktivlərin keyfiyyətini, kredit portfoliosunun şaxələnməsini, kapital kafililiyi və likvidliyini mütəmadi olaraq monitorinq apararaq nəzarətini yüksək qiymətləndirib.

Şərhlər