Pakistanın boru xəttini Çin maliyyələşdirəcək

22.07.2015 15:45     Ecoreaksiya     2170

İran üzərindəki sanksiyalardan çəkinən Pakistan boru xəttinin 2013 – cü ilin martında keçriləcəyini açıqlamasından sonra ABŞ Xarici işlər nazirliyindən sərt reaksiyayla qarşılaşmışdı. Lakin keçən həftə əldə edilən nüvə razılaşmasından sonra İran üzərindəki sanksiyaların qaldırılması təkrar gündəmə gəldi.

Enerji çatışmamazlığı və elektrik kəsintiləri ilə qarşı-qarşıya olan Pakistanın təxminən 2 milyard dollarlıq boru xəttini tamamlaması üçün Çin dövlət enerji şirkəti CNPC - də ümumi xərcin 85% -ni qarşılayacağını açıqlayıb. Layihənin ilk hissəsinin 2017 – ci ilin sonunda, geri qalanının isə 2020-ci ilə kimi tamamlanması gözlənilir.

ABŞ-da olan Mea-Risk araşdırma mərkəzinin biznes inkişaf və araşdırma departmanetinin sədr müavini Cyril Widdershoven Reaksiya.az müxbirinə verdiyi açıqlamada iki ölkə arasındakı siyasi əlaqələrin normal səviyyədə olmadığını xatırladaraq, Pakistanın Hindistan yerinə İran təbii qazını Çin şirkətləri ilə həll etməyin daha əlverişli olacağını söyləyib.

Pakistanın Gavadar şəhərindən ölkənin şimalındakı paytaxt İslamabada çatdırılması gözlənilən və ölkənin enerji problemini həll etməsi gözlənilən təbii qaz boru xəttinin, daha sonra şimal sərhədindən Çinə kimi uzanması nəzərdə tutulur.

Şərhlər