Azərbaycan və DB bank nəzarətindəki islahatları müzakirə edib

07.11.2016 09:27     Ecoreaksiya     1411

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı maliyyə sabitliyinin təmin olunması istiqamətində Dünya Bankının hazırladığı tövsiyələrə dair maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Palatadan Trend-ə verilən məlumata görə, əmanətlərin sığortalanması, qeyri-işlək kreditlər probleminin həllinə dair keçirilmiş görüşdə bank nəzarəti sahəsində aparılan islahatlar üzrə tədbirlər planı müzakirə edilib.

Şərhlər

Çox oxunanlar