Avropa Oyunları ilə bağlı yeni pul nişanları

03.06.2015 15:27     Ecoreaksiya     1258

Azərbaycan Mərkəzi Bankı (AMB) tədavülə yeni pul nişanları buraxıb.

Bu barədə Reaksiya.az–a AMB-dən məlumat verilib. Məlumata görə, yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları Birinci Avropa Oyunlarının tarixdə həkk olunması məqsədilə düzəldilib. Xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb.

Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunub. Üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks etdirilib.

Şərhlər

Çox oxunanlar