Azərbaycan xarici dövlət borcu üzrə ödəniş proqnozunu dəyişib
18.11.2016 17:14 Ecoreaksiya 1533
Azərbaycanın 2017-ci il üçün dövlət və icmal büdcə layihələrinin ilkin variantında dəyişiklik edilərək xarici dövlət borcu üzrə proqnozlaşdırılan xərclər azaldılıb.
"Report" xəbər verir ki, bu barədə parmanentə təqdim olunan layihədə bildirilir.
Layihəyə görə, xarici dövlət borcu üzrə ödənişlər 1 580 636 323,0 manat həcmində proqnozlaşdırılır ki, bunun da 369 397 315 manatını faiz ödənişləri, 1 211 239 008 manatını əsas borc üzrə ödənişlər təşkil edir.
Daxili dövlət borcu üzrə ödənişlər isə 61 163 400 manat həcmində gözlənilir ki, bunun da 40 158 416 manatı faiz ödənişləri, 21 004 984 manatı əsas borc üzrə ödənişlərin payına düşür.
Beləliklə, ilkin büdcə layihəsi ilə müqayisədə redaksiya olunaraq parlamentə təqdim olunmuş layihədə daxili dövlət borcları üzrə ödənişlərin həcmi dəyişməz saxlanılıb, xarici dövlət borcları üzrə ödənişlər isə 127 mln. manat və ya 7,4% azaldılıb. Bildirək ki, faiz ödənişlərinin həcmi dəyişməyib, azalma əsas borc üzrə ödənişlərin hesabına baş verib (-9,5%).
Bu ilin dəqiqləşdirilmiş büdcəsi ilə müqayisədə parlamentə təqdim olunmuş büdcə layihəsində daxili dövlət borcu üzrə ödənişlərin həcmi 4,9 dəfə azaldılıb, xarici dövlət borcu üzrə isə 7,2% artırlıb.
Şərhlər