Dünya birjalarında neftin qiyməti sürətlə aşağı düşməyə başlayıb
19.11.2016 15:22 Ecoreaksiya 1429
ABŞ-da yeni yataqların kəşf olunması xəbəri "qara qızıl"ın dəyərini düşürüb
ABŞ-da dünyanın ən böyük dördüncü neft sahəsinin kəşf olunmasına dair xəbərlər "qara qızıl"ın qiymətinə ciddi təsir göstərib. Belə ki, dünya birjalarında neftin qiyməti sürətlə düşməyə başlayıb.
Sputnik-in xəbərinə görə, ICE birjasında "Brent" markalı neftin yanvar fyuçersləri hesabatın dərc olunmasından sonra 0,35 dollar ucuzlaşıb.Burada bir barel neftin qiyməti 46,26 dollar təşkil edib. WTI-nin dekabr fyuçersləri isə 0,3 faiz ucuzlaşıb və bir barel üçün 45,13 dollara bərabər olub. ABŞ-da qazma qurğularının sayı həftə ərzində 20 ədəd artaraq 588-ə çatıb. Neft buruqlarının sayı 19 ədəd (471), qaz buruqlarının sayı isə 1 ədəd (116) artıb. Qeyd edək ki, ötən gün ABŞ-ın Texas ştatı ərazisində dünyanın ən böyük 4-cü neft sahəsinin kəşf edildiyi barədə məlumat yayılıb. Birləşmiş Ştatların Geoloji Araşdırmalar departamentinin verdiyi məlumata görə, Texasın qərbində Permian Hövzəsində yerləşən "Wolfcamp" adlı ərazidə 20 milyard barrel xam neft ehtiyatı mövcuddur. Sözügedən ərazidə təxminən 450 milyard kubmetr qaz da aşkarlanıb.
Şərhlər