BP "Azeri Light"ın hasilatını ötənilki səviyyədə saxlamaq istəyir

28.11.2016 12:27     Ecoreaksiya     1428

BP şirkəti əlverişsiz vəziyyətə baxmayaraq, 2016-cı ildə Azərbaycanda "Azeri Light" neftinin hasilatını ötənilki səviyyədə saxlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "BP Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib:

“Neft qiymətlərinin ucuzlaşması ilə əlaqədar əməliyyat xərclərinin azalmasına baxmayaraq, heç bir fors-major baş verməsə 2016-cı ilin yekunlarına görə Azeri Light-ın hasilatı ötənilki səviyyədə gözlənilir”.

2015-ci ildə Azərbaycanda 31,3 milyon ton Azeri Light markalı neft hasil olunub, bu rəqəm 2014-cü ildə 31,5 milyon tona bərabər olmuşdu. Bu ilin yanvar-sentyabr aylarında 24 milyon ton neft hasil olunub. Bu, ötən ilin eyni dövrünün göstəricilərinə bərabərdir.

Şərhlər

Çox oxunanlar