"Azər-Türk Bank"ın rəhbərliyində dəyişiklik

23.07.2015 16:31     Ecoreaksiya     1199

 

Fərhad Adıgözəlov "Azər-Türk Bank" ASC-nin İdarə Heyəti sədrinin səlahiyyətlərinin icraçısı təyin edilib.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu haqda məlumat Bankdan verilib.

Məlumata görə, F.Adıgözəlov daha əvvəl bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Bankdan bildiriblər ki, yeni rəhbər seçilənədək F.Adıgözəlov İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Bankın İdarə Heyətinin yeni sədri səhmdarların yığıncağında seçiləcək. Səhmdarların yığıncağı 2015-ci il iyulun 31-də keçiriləcək.

Qeyd eədk ki, Elmar Məmmədov "Azər-Türk Bank"ın İdarə Heyətinin sədri vəzifəsini tərk etdikdən sonra bankın rəhbəri vəzifəsi boş qalmışdı. E.Məmmədov ötən gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri təyin edilib.

Şərhlər