Maaşlar artacaq - Nazir
01.12.2016 14:48 Ecoreaksiya 2056
Azərbaycan hökuməti 2017-ci ilin sonunadək orta aylıq əməkhaqqının ilin əvvəli ilə müqayisədə 3,7 faiz artaraq 508 manat təşkil edəcəyini gözləyir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, gələn ilin sonuna kimi ölkə əhalisinin sayı 9,822 milyon nəfər təşkil edəcək. Onların 23,5 faizi 15 yaşa qədər sakinlər olacaq.
Nazir bildirib ki, 2017-ci ilin sonuna kimi əmək qabiliyyətli əhalinin sayı 6,2 milyon nəfər, o cümlədən iqtisadi fəal əhalinin sayı 4,74 milyon nəfər olacaq.
Şərhlər