Gənclər Fonduna ayrılacaq vəsaitin həcmi azaldıldı
02.12.2016 13:11 Ecoreaksiya 1656
“Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsindən bədən tərbiyəsi və idman sahəsinə ümumilikdə 34 milyon manat vəsait ayrılacaq”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
Nazir deyib ki, 2017-ci il üçün gənclər və idman siyasəti sahəsinə ayrılacaq vəsait 2016-cı ildəkindən çoxdur.
S.Şərifov eyni zamanda gələn il ölkədəki idman komplekslərinə ayrılacaq vəsaitin də həcmini açıqlayıb:
“Gələn il idman komplekslərinin saxlanılmasına isə 6,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.
Nazir 2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılan qurumun adını da açıqlayıb:
“2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılacaq qurum Prezident yanında Gənclər Fondu olacaq. Belə ki, Gənclər Fonduna gələn il üçün cəmi 1 milyon manat ayrılacaq”.
Şərhlər