"Financial Times"ı yaponlar alıb

24.07.2015 10:45     Ecoreaksiya     2524

İngiltərənin media qrupu “Pearson” “Financial Times” qəzetinin Yapon media qrupu “Nikkei”yə 844 milyon sterlinqə satıldığını elan edib.

Bütün dünyanın maliyyə və iqtisadiyyat xəbərlərini yaxından təqib etdiyi İngilis media qrupuna aid “Financial Times” qəzetinin 844 milyon sterlinqə (1 milyard 312 milyon dollar) Yaponiyanı qarşıdan gələn media qruplarından “Nikkei”yə satılması məsələsində razılaşmağa əldə olunduğu açıqlanıb.

Mövzu ilə bağlı yazılı bir açıqlama edən “Pearson”ın rəhbəri John Fallon bildirib ki, "Pearson” təxminən 60 ildir “Financial Times”in sahibi olmaqdan qürur duyur: “Lakin mediada mobil və ictimai böyümənin artlaması ilə bir dönüş nöqtəsinə gəldik. Bu yeni mühitdə “Financial Times”in jurnalistikadakı və ticarətindəki uğurla davam etdirməsinin ən yaxşı yolunu rəqəmsal xəbərçilik edən qlobal bir şirkətin hissəsi olmaqdan keçir".

Dünyanın ən təsirli maliyyə və iqtisadi nəşrləri arasında iştirak edən “Financial Times”in həftə başından etibarən satışı üçün danışıqların başladığı iddiaları irəli sürülürdü.

Şərhlər