Elman Rüstəmov: "Böhranı yalnız bu il hiss etdik"

06.12.2016 14:03     Ecoreaksiya     1621

"2008-ci ildən başlayan böhrandan ötən 9 ildə biz yalnız bu il böhranı hiss etdik".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, AMB-nin idarəolunan məzənnə rejiminin manatın məzənnəsində əhəmiyyət olub: "Cari ildə ilin əvvəli ilə müqayisədə manat cəmi 11% ucuzlaşıb. 2016-cı ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq davamlılıq və dayanıqlıq nümayiş etdirir".

 

Şərhlər

Çox oxunanlar